Home » “PAŞA Bank” “Dayanıqlı Kartlar Proqramı”na qoşulub

“PAŞA Bank” “Dayanıqlı Kartlar Proqramı”na qoşulub

by anar
0 comment 1 views 1 minutes read

Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” ölkəmizdə plastik tullantıların azaldılması və ətraf mühitin qorunmasını dəstəkləmək məqsədilə Mastercard Azərbaycanın “Dayanıqlı Kartlar Proqramı”na qoşulub.

Proqram çərçivəsində ödəniş kartlarının hazırlanmasında polivinilxlorid materialının (PVC) istifadədən çıxarılması və 2028-ci ilə qədər bütün yeni buraxılmış kartların təkrar emal edilmiş və bio-mənşəli materiallardan hazırlanması hədəflənir. Azərbaycanda yerli maliyyə institutları bu mühüm hədəfə daha sürətlə çatmaq üçün Mastercard ödəniş kartlarının hazırlanmasında ilkin istifadə edilən polivinilxlorid materialından 2026-cı ilə qədər imtina etməyə dair müvafiq öhdəlik götürüblər.

Qeyd edək ki, PAŞA Bank Azərbaycanın sosial-iqtisadi inkişafa dair prioritetlərinə və BMT-nin Qlobal Sazişinin hədəflərinə uyğun biznesin düşünülmüş şəkildə idarə edilməsini təmin edir. Eyni zamanda, bank ətraf mühitə qayğı ilə yanaşmağı və cəmiyyət qarşısında məsuliyyətli korporativ qurum mövqeyi qazanmağı prioritetləşdirir, həmçinin maliyyə sektorunda dayanıqlı təcrübələrin tətbiqinə mühüm töhfə verir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.