1
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərin həyatını rahatlaşdırmaq, vaxta qənaət
etmək, müştəri məmnuniyyətini artırmaq məqsədilə rəqəmsal həllər təklif etməyə
davam edir. Budəfəki yenilik Dövlət Sosial Müdafiə Fondu ilə əməkdaşlıq nəticəsində
həyata keçirilir.
Belə ki, artıq uşağın anadan olmasına və dəfnə görə müavinətləri Birbank mobil
tətbiqindən əldə etmək mümkündür.
Daha öncə müştərilər bu ödənişləri əldə etmək üçün bank filialına yaxınlaşaraq
müəyyən sənədləri təqdim etməklə vəsaiti əldə edə bilərdilər. Artıq vaxt itirməyə gərək
yoxdur. Müştərilər Birbank mobil tətbiqinə daxil olduqda müavinət məbləğini,
məbləğin hansı növə aid olduğunu görə, vəsaiti istənilən banka məxsus kart kesabına
köçürə bilərlər. Birbank mobil tətbiqi olmayan müştərilərə isə SMS vasitəsilə keçid
linki göndərilir ki, bu linkə daxil olmaqla birdəfəlik ödənişləri istənilən bank hesabına
köçürmək mümkündür.
Xatırladaq ki, yeniliyin ardından müştərilər birdəfəlik ödənişlərlə bağlı sənədləri
DSMF-yə təqdim etdikdən sonra onlara ödənişi fiziki olaraq bank filialından və ya
rəqəmsal formada Birbank mobil tətbiqindən əldə etmək seçimi verilir.
Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu
Mərkəzinə və ya bankın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz.
Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa
nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın
və ya Birbank mərkəzlərinə müraciət edin.