Home » Azərbaycan Banklar Assosiasiyasında “İslam bankçılığı” üzrə İşçi Qrupunun ilk iclası keçirilib

Azərbaycan Banklar Assosiasiyasında “İslam bankçılığı” üzrə İşçi Qrupunun ilk iclası keçirilib

by Zeyneb
0 comments 7 views 1 minutes read

18 iyun 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “İslam bankçılığı” üzrə İşçi Qrupunun ilk iclası keçirilmişdir. 

İclasda İslam maliyyəsi sahəsində beynəlxalq təcrübəyə malik tanınmış türkiyəli ekspert Mücahit Özdemir, eləcə də ABA-nın üzv banklarının İslam bankçılığı üzrə ixtisaslaşmış struktur bölmələrinin rəhbər şəxsləri və müvafiq sahə üzrə ekspertlər iştirak etmişlər. 

Tədbir çərçivəsində İslam bankçılığı sahəsində beynəlxalq və regional trendlər, ölkəmizdə bu istiqamətdə tətbiq edilə biləcək inkişaf strategiyaları, mövcud çağırışlar və perspektiv imkanlar geniş müzakirə olunmuşdur. Eyni zamanda, iştirakçılar arasında İslam maliyyəsi üzrə daxili təcrübələrin paylaşılması təmin edilmişdir. 

İclas zamanı həmçinin “COMCEC” təşkilatının nümayəndələri tərəfindən Türkiyədə və digər ölkələrdə İslam bankçılığı modelinin tətbiqi ilə bağlı təqdimat keçirilmiş, müvafiq beynəlxalq təcrübələr iştirakçıların diqqətinə çatdırılmışdır. 

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.