Home » Azərbaycanda dövlət bankının rəhbərliyinə təyinat olub

Azərbaycanda dövlət bankının rəhbərliyinə təyinat olub

by Zeyneb
0 comments 3 views 1 minutes read

“Azər Türk Bank”ın (ATB) rəhbərliyinə daha bir təyinat olub.

APA-Economics”in bankdan əldə etdiyi məlumata görə, Ülvi Yusifov dövlət bankının İdarə Heyətinə yeni üzv seçilib.

Bununla da ATB-nin idarə heyətinin tərkibi sədr Orxan Hüseynovla birlikdə 5 nəfərdən ibarət olub.

Qeyd edək ki, Ülvi Yusifov 2008-ci ildən Azərbaycan Mərkəzi Bankında fəaliyyətə başlayıb. Bank sektorunda müxtəlif sahələrdə çalışıb. 2017-ci ildən “Bank of Baku”da departament direktoru, 2022-ci ildə isə “Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini və baş maliyyə inzibatçısı təyin edilmişdi.

Xatırladaq ki, “Azər Türk Bank” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 79 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökumətinə (SOCAR və ƏMDX), 12,37%-i “Ziraat Bank Azərbaycan”a, 1,08%-i “ Ziraat Bank International”a, 6,55%-i “AzRe Reinsurance” təkrarsığorta şirkətinə və 5%-i isə “Qala Həyat” sığorta şirkətinə aiddir.

 

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.