Home » “PAŞA BANK” ASC-in istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutmuşdur

“PAŞA BANK” ASC-in istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutmuşdur

by yunus
0 comments 1 views 1 minutes read

25 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “PAŞA BANK” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan istiqrazların abunə yazılışı 30.07.2025-ci il tarixində başlayıb, 12.08.2025-ci il tarixinə (bu tarix də daxil olmaqla) kimi 10 (on) iş günü ərzində yekunlaşmışdır.

“PAŞA BANK” ASC-in istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi isə 14.08.2025-ci il tarixində baş tutmuşdur.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “PAŞA BANK” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2006006624
İstiqrazların növü və forması Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması Kütləvi / Abunə yazılışı
İstiqrazların sayı 40,000 ədəd
İlkin ticarət qiyməti 1,000 AZN
İstiqrazların buraxılış həcmi 40,000,0000 AZN
Kupon faizi 10.5%
Ödəmə Periodu İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir
Tədavül müddəti 12 ay
Minimal qiymət 1,000.0000 (10.50%) AZN
Maksimal qiymət 1,005.7408 (9.89%) AZN
Kəsmə qiyməti 1,003.7597 (10.10%) AZN
Ortaçəkili qiyməti 1,002.7773 (10.20%) AZN
Reallaşdırılmış həcm 40,000,0000 AZN
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) 90,121,0000 AZN
Abunə yazılışında iştirak etmiş investor sayı 65
Sifarişi icra edilmiş investor sayı 54
Abunə yazılışında təklif edilmiş sifariş sayı 74
İcra edilmiş sifariş sayı 54
Anderrayter Əsas Anderrayter: “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC

Anderrayter: “Unicapital İnvestisiya Şirkəti” ASC
Anderrayter: “CPM-Invest İnvestisiya Şirkəti” ASC

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.