Home » Azərbaycanda elektron satınalmaların həcmi 12%-dən çox artıb

Azərbaycanda elektron satınalmaların həcmi 12%-dən çox artıb

by yunus
0 comments 1 views 1 minutes read

Bu ilin I yarımilində elektron satınalmaların həcmi 1 632,7 milyon manat təşkil edib.

BBN.az xəbər verir ki, bu barədə  Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% çoxdur.

Hesabat dövründə elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş məbləğ ötən ilin müvafiq dövrünə nəzərən 38,6% artaraq 329,2 milyon manat təşkil edib.

Bundan əlavə, satınalan təşkilatlar tərəfindən müxtəlif maneələrin yaradılması ilə əlaqədar Agentliyə daxil olan 789, digər məsələlərlə əlaqədar isə 239 müraciətə baxılıb. Müsabiqə zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 501 yekun protokol ləğv edilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.