Home » Tokayev Qazaxıstan Milli Bankının bazasında kripto ehtiyat yaratmağı tapşırıb

Tokayev Qazaxıstan Milli Bankının bazasında kripto ehtiyat yaratmağı tapşırıb

by yunus
0 comments 0 views 1 minutes read

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ən perspektivli rəqəmsal aktivlərdən “strateji kripto ehtiyat” toplayacaq Dövlət Rəqəmsal Aktivlər Fondunun yaradılmasının vacibliyini bildirib.

BBN.az xəbər verir ki, yeni fond Qazaxıstan Milli Bankının İnvestisiya Korporasiyasının bazasında formalaşdırılacaq.

“Rəqəmsal aktivlərin tamhüquqlu ekosisteminin formalaşmasını sürətləndirmək lazımdır. Milli Bankın İnvestisiya Korporasiyası bazasında yeni rəqəmsal maliyyə sisteminin ən perspektivli aktivlərindən strateji kripto ehtiyat toplayacaq Dövlət Rəqəmsal Aktivlər Fondu yaradılmalıdır”, — Tokayev Qazaxıstan xalqına müraciətində deyib.

Təşəbbüs rəqəmsal aktivlər ekosisteminin sürətləndirilmiş formalaşdırılması üzrə tapşırıqların bir hissəsi olub. Hakimiyyət həmçinin rəqəmsal tenqenin istifadəsini genişləndirmək niyyətindədir. Onun tətbiqi Milli Fond layihələrindən respublika və yerli büdcələrə, eləcə də dövlət holdinqlərinin büdcələrinə qədər genişləndiriləcək.

Əlavə olaraq, prezident hökumətə və Milli Banka həcmi 1 milyard dollara qədər olan yüksək texnologiyalı sahələrə investisiya proqramı hazırlamağı, həmçinin banklar haqqında fintex və rəqəmsal aktivlərin dövriyyəsinin liberallaşdırılmasına diqqət yetirən qanun layihəsi işləməyi tapşırıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.