Home » İnvestorlar ABŞ səhm fondlarından $19 milyard çıxarıblar

İnvestorlar ABŞ səhm fondlarından $19 milyard çıxarıblar

by Zeyneb
0 comments 4 views 1 minutes read

ABŞ-nin səhm fondları bir həftə ərzində müştərilərin vəsaitlərinin axını nəticəsində 19 milyard dollar itirib. Bu barədə “Bank of America”nın hesabatında təqdim edilən “Emerging Portfolio Fund Research” (EPFR) məlumatlarında qeyd olunur.

Portfel menecerləri bildiriblər ki, kapital çıxışı investorların ABŞ fond bazarının son aylardakı artımından sonra mənfəəti fiksasiya etmək istəyi ilə bağlı ola bilər. Bu proses ölkədə zəif əmək bazarı göstəriciləri fonunda müşahidə edilir.

Ən böyük kapital axını avqustun əvvəlində (27,7 milyard dollar) və martın sonunda (20,2 milyard dollar) qeydə alınıb. İlin əvvəlindən qlobal investorlar ABŞ fondlarına 153 milyard dollar yatırıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə azdır.

May ayından etibarən S&P 500 indeksi 18% artaraq mütəmadi şəkildə tarixi maksimumları yeniləyib. Lakin ABŞ Əmək Nazirliyinin məlumatına əsasən, avqust ayında ölkədə cəmi 22 min yeni iş yeri açılıb (iyulda – 75 min), işsizlik isə 4,2%-dən 4,3%-ə yüksəlib.

“Bank of America”nın hesabatına görə, 10 sentyabrda başa çatan həftə ərzində dünya üzrə bütün səhm fondlarının müştəriləri onlardan 10 milyard dollar çıxarıb. Bu, avqustun əvvəlindən bəri ilk mənfi nəticə və ilin əvvəlindən üçüncü ən böyük göstəricidir.

EPFR məlumatına əsasən, həmin həftədə “developed markets” fondlarından 10,4 milyard dollar çıxarılıb (bir həftə əvvəl isə onlara 14,4 milyard dollar yatırılmışdı). “Emerging markets” fondlarına tələbat zəifləsə də, müsbət qalaraq həftə ərzində 500 milyon dollardan bir qədər çox vəsait cəlb edib. Bu isə əvvəlki həftə ilə müqayisədə 6 dəfə azdır.

Həftə ərzində pul bazarı fondlarına 66 milyard dollar, istiqraz fondlarına 17 milyard dollar, təxminən 3,5 milyard dollar isə qızıl ETF-lərinə yönəldilib. Sonuncu göstərici tarixdə üçüncü ən böyük olsa da, əvvəlki həftənin nəticəsindən iki dəfə aşağıdır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.