0

BBN.az xəbər verir ki, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti lisenziyaların, maşın və avadanlıqların alışı üzrə tenderə start verib.
Dövlət satınalmalarının vahid internet portalında yayılan məlumatda bildirilir ki, layihənin ehtimal olunan dəyəri 3 milyon 307,96 min manat təşkil edir.
Tenderin dərc olunma tarixi 16 sentyabr 2025-ci il, saat 17:20 olaraq açıqlanıb. İştirakçı şirkətlər təkliflərini 15 oktyabr 2025-ci il saat 10:00-a qədər təqdim edə bilərlər. Həmin gün eyni saatda zərflərin açılışı da həyata keçiriləcək.




