
AMB-nin məlumatına görə, “Modenis” MMC-də aparılan planlı yoxlama zamanı AML/CFT, nağd pulla işin təşkili, informasiya təhlükəsizliyi, daxili nəzarət və risklərin idarə olunması sahələrində çatışmazlıqlar aşkarlanıb və onların aradan qaldırılması üçün şirkətə göstərişlər verilib.
Bundan əlavə, “Mobile Payment Solutions” MMC ödəniş xidmətlərini reyestrə daxil edilməmiş agentlər vasitəsilə göstərdiyi üçün Qanunun 63.1-ci maddəsinə uyğun olaraq şirkətə bu xidmətlərin dərhal dayandırılması barədə göstəriş tətbiq edilib.
Mərkəzi Bank qeyd edib ki, görülən tədbirlər sektorun sağlam inkişafına, qanunvericiliyə riayət olunmasına və risklərin idarə edilməsinə xidmət edir.





