2

Visa (NYSE: V) Bakıda yeni ofisinin açıldığını rəsmən açıqlayıb. Şirkətin bəyanatına görə, bu addım Azərbaycanda fəaliyyətin genişləndirilməsi və nağdsız ödənişlərin inkişafına dəstəyin gücləndirilməsi məqsədi daşıyır.
BBN.az xəbər verir ki, yeni ofisdə biznesin inkişafı, konsaltinq, məhsul və marketinq üzrə komandalar fəaliyyət göstərəcək. Visa bu vasitə ilə maliyyə qurumları, biznes strukturları və istehlakçılarla əməkdaşlığını daha da dərinləşdirməyi hədəfləyir.




