Home » Samir Şərifov: Azərbaycanın milli valyutası sabitdir, fiskal mövqeyi isə yaxşılaşır

Samir Şərifov: Azərbaycanın milli valyutası sabitdir, fiskal mövqeyi isə yaxşılaşır

by Zeyneb
0 comments 2 views 1 minutes read

Azərbaycan öz ərazilərini azad edib və onlarda suverenliyini bərpa edib. Son 8 ildə isə sabit makroiqtisadi və maliyyə mühiti formalaşdırılıb.

Bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Samir Şərifov deyib.

Onun sözlərinə görə, Azərbaycanın milli valyutasının məzənnəsi sabitdir, fiskal mövqeyi isə yaxşılaşır:

“Bu dövrdə biz maliyyə ehtiyatlarımızı demək olar ki, iki dəfə artırmışıq. Hazırda onlar ölkənin ÜDM-nin təxminən 95%-nə çatır. Dövlətin xarici borcu isə bu ehtiyatlardan 15 dəfə azdır. Bunlar mühüm ilkin şərtlərdir.

Növbəti əsas sütun isə, mənim fikrimcə, biznes mühitidir — yəni investisiya üçün əlverişli, təşviqedici mühit. Bu istiqamətdə də çox işlər görülür. Biz qanunvericiliyi təkmilləşdiririk, investorlarla dialoq mühiti yaradırıq. Cənab Prezidentin sərəncamı ilə yaradılmış biznes mühiti üzrə komissiya işgüzar dairələrlə və investorlarla işləyir, vəziyyəti monitorinq edir və zəruri hesab edilən dəyişiklikləri həyata keçirir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.