
Kriptovalyuta bazarında eniş müşahidə olunur.
BBN.az xəbər verir ki, Binance məlumatına əsasən, Bitcoin 6 sentyabr 2025-dən bəri ilk dəfə olaraq ticarət sessiyasında 110.000 dollar həddindən aşağı enib.
Ən böyük kriptovalyutanın qiyməti 3,45% azalaraq 109.863 dollar səviyyəsinə düşüb. Daha sonra eniş sürətlənib və 109.818 dollar (-3,55%) olub.
CoinMarketCap məlumatına görə, 25 sentyabr tarixinə kriptovalyuta bazarının ümumi kapitallaşması 3,76 trilyon dollar təşkil edib. Bunun 2,18 trilyon dolları (58,3%) isə Bitcoin-in payına düşür.
Coinglass-ın hesablamalarına əsasən, son 24 saatda qlobal kriptovalyuta birjalarında 222 min treyderin mövqeyi ləğv edilib. Ümumi məbləğ 919 milyon dollar olub ki, bunun təxminən 163 milyon dolları Bitcoin-ə aiddir.





