Home » Azərbaycanın bank sektorunun aktivləri 12 % artıb

Azərbaycanın bank sektorunun aktivləri 12 % artıb

by Zeyneb
0 comments 1 views 1 minutes read

1 sentyabr 2025-ci il tarixinə Azərbaycanın bank sektorunun aktivləri 55 milyard 672,4 milyon manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,3 % çoxdur.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bankların aktivlərinin 26 milyard 981,5 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə kredit portfeli 9,9 % böyüyüb. Bununla belə, kreditlərin aktivlərdəki payı 49,5 %-dən 48,5 %-ə enib.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 12,3 % artaraq 48 milyard 595,3 milyon manata yüksəlib. Depozit portfeli isə 4,3 % artaraq 36 milyard 517,8 milyon manata çatıb. Bunun 15 milyard 086 milyon manatı fiziki şəxslərin, 21 milyard 431,8 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. Əhalinin banklardakı vəsaitləri 1 ildə 8,6 % artdığı halda, şirkətlərin depozitləri 1,5 % artıb.

Bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri son 1 ildə 89,6 dəfə azalaraq cəmi 0,5 milyon manat təşkil edib.

Sektorun balans kapitalı isə 12,1 % artaraq 7 milyard 077,1 milyon manata yüksəlib.

Mənbə: Report.az

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.