
2025-ci ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 304,7 milyon manat kredit verilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,85 % azdır.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, hesabat dövründə Fond tərəfindən yenidən maliyyələşdirilən kreditlərin məbləği 286 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 8,4 % azdır.
Eyni zamanda, İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin həcmi 3,5 dəfə artaraq 400 milyon manata yüksəlib. Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 27,1 % azalaraq 47,9 milyon manat olub.
Mənbə: Report.az




