Home » EBRD rəsmisi: “Manatla ilk istiqraz emissiyası ilə kifayətlənməyəcəyik”

EBRD rəsmisi: “Manatla ilk istiqraz emissiyası ilə kifayətlənməyəcəyik”

by Zeyneb
0 comments 1 views 1 minutes read

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) manatla həyata keçirdiyi ilk istiqraz emissiyası ilə kifayətlənməyəcək və bu addım gələcək buraxılışlara yol açacaq.

Bu barədə EBRD-nin istiqrazlar, Mərkəzi Asiya, Qafqaz və Türkiyə üzrə direktor müavini Mixail Qreçixo bildirib.

Onun sözlərinə görə, son illərdə Azərbaycanın maliyyə bazarlarında mühüm nailiyyətlər əldə olunub. Yerli tənzimləyici çərçivənin inkişafına dəstək göstərilməsi beynəlxalq maliyyə institutlarının istiqrazlarının yerli bazarda buraxılmasına imkan yaradıb, prospektlərin hazırlanması ilə bağlı tənzimləyici təkmilləşdirmələr isə bazarın şəffaflığını artırıb.

Mixail Qreçixo həmçinin Azərbaycan Mərkəzi Bankı (AMB) ilə birgə “yaşıl gündəliyin” fəal şəkildə irəli aparıldığını, COP29 çərçivəsində yerli bankların iqlim risklərinin idarə edilməsi üzrə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

EBRD rəsmisi əlavə edib ki, bu emissiya yalnız başlanğıcdır:
“Biz bununla kifayətlənməyəcəyik və əminəm ki, bu əməliyyat həm bizim, həm də digər beynəlxalq maliyyə institutlarının gələcək buraxılışlarına yol açacaq. Mən AMB-yə və şəxsən Taleh Kazımova, eləcə də Bakı Fond Birjası, Milli Depozit Mərkəzi və tərəfdaş “Dentons” şirkətinə təşəkkürümü bildirirəm”.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.