Home » Hindistan Mərkəzi Bankı rupi valyutasının beynəlxalq istifadəsini genişləndirmək niyyətindədir

Hindistan Mərkəzi Bankı rupi valyutasının beynəlxalq istifadəsini genişləndirmək niyyətindədir

by yunus
0 comments 0 views 1 minutes read

Hindistan Mərkəzi Bankı (RBI) rupi valyutasının qlobal dövriyyədəki rolunu artırmaq üçün yeni tədbirlər paketini açıqlayıb.

BBN.az xəbər verir ki, təklif olunan addımlar, həm Hindistanın regional iqtisadi təsirini genişləndirmək, həm də milli valyutanın beynəlxalq ticarətdə istifadəsini təşviq etməyi hədəfləyir.

RBI-nin qubernatoru Sanjay Malhotra tərəfindən açıqlanan təşəbbüslər çərçivəsində:

Hindistan banklarına qonşu ölkələrdəki bizneslərə rupi ilə kredit verməyə icazə veriləcək;

Rupi ilə ticarəti asanlaşdırmaq məqsədilə əsas ticarət tərəfdaşlarının valyutaları üçün rəsmi məzənnə göstəriciləri müəyyən ediləcək.

Bu qərarlar, RBI-nin 1 oktyabrda keçirilən növbəti monetar siyasət iclasında faiz dərəcələrini əvvəlki səviyyədə saxlaması ilə paralel olaraq elan edilib.

Ekspertlərə görə, Hindistan bu addımlarla həm rupi-nin dollar və digər beynəlxalq valyutalar qarşısında alternativ kimi güclənməsini, həm də regional iqtisadi liderliyini möhkəmləndirməyi qarşıya məqsəd qoyub. Bu cür təşəbbüslər xüsusilə Beynəlxalq Valyuta Fondu (IMF) və BRICS kimi platformalarda Hindistanın rolunu artırmaqla yanaşı, ticarət əlaqələrinin dollardan asılılığını da azalda bilər.

Qeyd edək ki, Hindistan artıq Şri Lanka, BƏƏ və Rusiya kimi ölkələrlə ikitərəfli rupi hesablaşma mexanizmləri üzərində çalışır.

Mənbə: Reuters

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.