Home » EMTA-nın İdarə Heyətinin sədri Ankarada keçirilən beynəlxalq tədbirdə iştirak edib

EMTA-nın İdarə Heyətinin sədri Ankarada keçirilən beynəlxalq tədbirdə iştirak edib

by anar
0 comments 1 views 1 minutes read

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasına (Energy Regulators Regional Association – ERRA) üzv qurumların rəhbərlərinin oktyabrın 13-də Ankarada keçirilən görüşündə iştirak edib.

Görüşdə ERRA-ya üzv olan tənzimləyici qurumların qarşılaşdığı aktual məsələlər müzakirə olunub. Tədbir üzv ölkələrdə elektrik enerjisi və qaz təchizatı, bərpaolunan enerji, eləcə də istehlakçılarla bağlı məsələlər barədə iştirakçıların məlumatlandırılması üçün fürsət yaradıb.

Tədbir çərçivəsində baş tutmuş sessiyalarda pərakəndə satış bazarlarının liberallaşdırılması, elektrik enerjisi xərclərinin subsidiyalaşdırılması, liberallaşdırılmış pərakəndə satış bazarlarında qiymətlərin tənzimlənməsinə dair təqdimatlar dinlənilib, bu sahələrdə müxtəlif ölkələrin təcrübəsinə nəzər yetirilib, eləcə də maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin son sessiyasında ERRA-nın komitələrinin hesabatlarının əsas nəticələri dinlənilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.