Home » AMB sədri Taleh Kazımov Çin Xalq Bankının sədri ilə görüşüb

AMB sədri Taleh Kazımov Çin Xalq Bankının sədri ilə görüşüb

by Zeyneb
0 comments 5 views 0 minutes read

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov ABŞ-ın paytaxtı Vaşinqtonda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantıları çərçivəsində Çin Xalq Bankının sədri Pan Qonşenqlə görüşüb.

Görüşdə ikitərəfli əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub. Həmçinin ötən ay imzalanmış Anlaşma Memorandumunun mərkəzi banklar arasında əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcəyi vurğulanıb.

Tərəflər maliyyə sektorları və mərkəzi banklar arasında tərəfdaşlığın genişləndirilməsinin, maliyyə texnologiyaları, innovasiyalar və ödəniş sistemləri sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini müzakirə ediblər. Eyni zamanda, birgə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə töhfə verəcək fəaliyyətlərin önəmi qeyd olunub.

Mənbə: Mərkəzi Bank 

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.