0

Həyata keçirilən vergi siyasəti əmək bazarına müsbət təsir göstərməkdə davam edir. 2025-ci il noyabr ayının 1-nə işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 1.884.656 olub. Təkcə oktyabr ayı ərzində 16,1 min artım müşahidə olunub. Ümumi əmək müqavilələrinin 54,2%-ə yaxını qeyri-neft sektorunun özəl bölməsinin payına düşüb. Bu sektorda artımın əsas hissəsi xidmət, ticarət və tikinti sahələrində qeydə alınıb.







