Home » “Fitch Ratings”: İKZF-nin istiqrazlarının 80%-i Mərkəzi Bankın portfelində cəmləşib

“Fitch Ratings”: İKZF-nin istiqrazlarının 80%-i Mərkəzi Bankın portfelində cəmləşib

by Zeyneb
0 comments 1 views 1 minutes read

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) dövriyyədə olan bütün istiqrazlarının təxminən 80 faizi Mərkəzi Bankın portfelində toplanıb. Bu, fondun maliyyə dayanıqlığını təmin edən ən güclü maliyyə mexanizmlərindən biri hesab olunur.

Bu barədə beynəlxalq reytinq agentliyi “Fitch Ratings” öz qiymətləndirməsində məlumat verib.

Agentliyin hesabatında qeyd olunur ki, İKZF-nin maliyyə sabitliyinin əsas dayağı dövlət dəstəyidir. Fond 2024–2025-ci illərdə dövlət büdcəsindən sosial ipotekaların maliyyələşdirilməsi üçün ümumilikdə 172,7 milyon manat məbləğində kapital transferi alıb.

“Fitch” bildirir ki, İKZF gəlir vergisindən azad olunan dörd dövlət qurumundan biridir. Eyni zamanda, fondun məhsullarına və istiqrazlarına tətbiq olunan “xüsusi risk qrupu” təsnifatı da dolayı dövlət dəstəyini gücləndirir.

Hesabatda vurğulanır ki, tənzimləyici və siyasi dəstəyin orta müddətdə güclü qalacağı gözlənilir. Dövlətin 2026-cı ildə əlavə 100 milyon manat ayırması planlaşdırılır. Bu vəsaitin əsas hissəsi sosial ipotekaların genişləndirilməsinə, bir hissəsi isə KOB-lara kredit subsidiyasına yönəldiləcək.

Xatırladaq ki, “Fitch Ratings” İKZF-nin uzunmüddətli xarici və yerli valyutada olan reytinqlərini “BBB-” səviyyəsində təsdiqləyib, proqnozu isə “Stabil” olaraq saxlayıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.