Home » “Morgan Stanley”: Yen dollar qarşısında 10% bahalaşa bilər

“Morgan Stanley”: Yen dollar qarşısında 10% bahalaşa bilər

by yunus
0 comments 0 views 1 minutes read

“Morgan Stanley” strateqləri ABŞ iqtisadiyyatında ləngimə əlamətlərinin artacağı və Federal Ehtiyat Sisteminin (FED) ardıcıl faiz endirimlərinə başlayacağı halda, Yaponiyanın valyutası  yenin  gələn aylarda dollara qarşı təxminən 10% möhkəmlənə biləcəyini proqnozlaşdırır.

Analitik qeyd ediblər ki, hazırda dollar/yen məzənnəsi “həqiqi dəyərindən xeyli uzaqlaşıb”.

BBN.az xəbər verir ki, ABŞ istiqrazlarının faizlərinin enməsi fonunda məzənnənin normallaşacağı və cütlüyün 2026-cı ilin birinci rübündə aşağı səviyyəyə geriləyəcəyi gözlənilir.

Yen üçün müsbət proqnoz verilməsinə baxmayaraq, valyuta son aylarda zəifləməkdədir. Yen bu rübdə dollar qarşısında 5,6% dəyər itirərək G-10 valyutaları arasında ən pis nəticəni göstərib.

Morgan Stanley-nin proqnozuna əsasən, dollar/yen məzənnəsi 2026-cı ilin ilk rübündə 140 səviyyəsinə qədər geriləyəcək, lakin ilin sonuna doğru 147-yə yenidən yüksələcək.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.