Home » Tatarıstanın Baş nazirinin müavini ilə görüş keçirilib

Tatarıstanın Baş nazirinin müavini ilə görüş keçirilib

by anar
0 comments 0 views 1 minutes read

Tatarıstanın Baş nazirinin müavini, sənaye və ticarət naziri ilə görüşdə birgə sənaye zonasının yaradılması çərçivəsində görülən işlər müzakirə olunub.

İqtisadiyyat naziri Mkayıl Cabbarov Tatarıstan Respublikası Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Tatarıstanla iqtisadi-ticarət əməkdaşlığının möhkəmləndirilməsiişgüzar dairələr arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi, birgə istehsalın təşkili üçün geniş imkanların mövcudluğu vurğulanıb. Ticarət, sənaye, energetika, logistika, təhsil, səhiyyə və digər sahələrdə işbirliyinin inkişafı istiqamətində perspektivlər, həmçinin Azərbaycan Respublikası ilə Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi müzakirə olunub.

Tərəflər birgə sənaye zonasının yaradılması çərçivəsində görülən işlər, nəqliyyat vasitələrinin istehsalı layihəsi üzrə əldə edilən nəticələr və həyata keçirilən digər təşəbbüsləri dəyərləndiriblər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.