2

24 dekabr 2025-ci il tarixində saat 10:00-da “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin balansında olan nəqliyyat vasitələri təkrar hərraca çıxarılacaq.
Hərraca çıxarılan əmlaklara baxış hərracın keçirilmə tarixinədək hər həftənin cümə günü saat 14:00-dan 16:00-dək mümkündür. Qeyd olunur ki, nəqliyyat vasitələrinə baxış Sumqayıt şəhərində təşkil ediləcək.
Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında, 2-ci mərtəbədə keçiriləcək. Hərracın ünvanı Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20-dir.




