Home » Sosial kapital nə üçün lazımdır?

Sosial kapital nə üçün lazımdır?

by yunus
0 comments 0 views 3 minutes read

Sosial kapitalınız nə qədər çox olarsa şəxsi brendiniz də bir o qədər çox olacaq… Müasir dövrümüzdə uğur Karl Marksın yazdığı kapitalla deyil, sizin şəxsi əlaqələriniz və həyat məmnunluğunuzla ölçülür.

BBN.az üçün xüsusi yazı

Hər bir kəsin özünün şəxsi kapitalı var – bu ailə, dostlar, tanışlar, həmkarlar və hətta sosial şəbəkələrdəki izləyicilərinizdir. Düşünərəkdən və ya heç də fərqinə varmadan hər bir fərd bu əlaqələri monetizasiya edir. Buna isə normal hal kimi baxmaq lazımdır… Bu inhisarçılq deyil… Kapital kapitaldır, fərqi yoxdur maddi və ya sosial… bəli, bəli, kapital kapitaldır və kapital mütləq işləməli və gəlir gətirməlidir.

İstənilən kapital kimi sosial kapital da daim hərəkətdədir. Sosial kapital da müflis elan edilə bilər, və ya əksina arta bilər… Bütün fəaliyyətiniz boyu yalnız köhnə tanışlara ümidli olmaq və ya ilkin kommunikasiya alətlərindən istifadə etmək alınmayacaq. Düşünün birinci sinifdə və ya bağçada kiçik bir kollektivdə dostluq edirsiz… bu dostluq hal hazırkı yaşınızadək davam edə bilər və ya əksinə… amma davam etsə belə, yalnız bu əlaqələrlə kifayətlənmək nə dərəcədə doğru və nə dərəcəd məntiqlidir? Təbii ki, bu düzgün yanaşma deyil, həmin insanların müxtəlif həyat baxışları olacaq, elə sizin özünüzündə həyata baxışınız fərqlənəcək, yeni mühit, yeni təhsil olcaqları, yeni təcrübə və yeni istehsalat və kollektiv sizi yeni sosial kapitala sövq edir… Çünki insanlar başqa başqa ölkələrə köçür, peşəkar maraqlar, həyata baxışlar dəyişir. Buna görə də sosial kapitalın dəstəklənməsi və inkişafı üçün yeni tanışlıqlara hazır olmalısınız. Yalnız bu yolla yeni layihələr və kalloborasiyalar (bir və ya bir neçə tşkilatın və ya insanın əməkdaşlığı nəticəsində reallaşdırılan birgə layihə) yarada bilərsiniz. Həmçinin əlaqələrsiz sizin “sarafan radio” nuz ( Marketinq kommunikasiyasının qeyri kommersiya forması) işləməyəcək.

Sosial kapitalın mühüm əhəmiyyəytindən əksər uğurlu insanlar da danışır…. Onlardan biri də Ceff Bezosdur. Bezos sosial kapitalı sərmayə yatırmaq və sarafan radionu daim işlək vəziyyətdə saxlamağı məsləhət görür. Amazou yaradan zaman Bezosun marketinq büdcəsi yox idi. Buna görə də o ümid edirdi ki, insanlar onun xidməti haqqında müsbət fikir yürüdəcək. Ağızdan ağıza, sarafan radio vasitəsi ilə ötürülən informasiya biznesinizin xeyirnə olacaq…

kapitallaşma: nə üçün sosial əlaqələri kapital adlandırırlar?

Sosial şəbəkələrin meydana gəlməsi ilə sosial kapital daha da aşkara çıxdı. Biz artıq kimin nə qədər dostu olduğunu nəinki görə bilir, eyni zamanda bu dostluğun keyfiyyəti barədə də təsəvvürə malik oluruq: insanlar bir birini nə qədər şərh edir, nə qədər bəyənir və s. Növbəti mərhələ isə odur ki, bu sosial dostluq sizə gəlir gətirirmi? əmtəə, xidmət satışlarınızı əyər bu sosial kapitalınız vasutəsi ilə həyata keçirə bilrisinizsə deməli sizin sosial kapitalınız sizin üçün “işləyir”. Lakin unutmayaq ki, sosial şəbəkələr sosial kapitalın bir hissəsidir- pazılın bir elementi!

Elm və həyat

“Sosial kapital” terminini amerika politoloqu Robert Patnem papulyarlaşdırıb. Belə ki, Patnem hesab edir ki, sosial kapital fərdlər arasında mükəmməl əlaqə, bir birinə etibar, qarşılqlı maraqlar naminə birləşmədir. Bu əlaqlərin nə dərəcədə inkişaf etməsi biznesin, qarşılıqlı faydalanmanın,yeni layihələr, təşəbbüslərin meydana çıxması, reallaşmasının səviyyəsinə təsir edir.

Sübut olunub: Sosial kapitalınızın çoxluğu maddi vəziyyəyinizə də təsir edəcək…

“Sosial kapital” terminin müəllifi olan fransuz sosioloq Pyer Burdye isə hesab edir ki, sosial kapital nə qədər çoxdursa, formallıqlar bir o qədər azdır. Məsələ bundadır ki, inam, etibar olan yerdə bir çox prosedurlar asan və tez başa çatdırılır. Bir sözlə, sosial kapitalı inkişaf etdirməklə , özünüzə inamı artırmaqla siz həm insan, həm də maliyyə kapitalınızı artırmış olursunuz.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.