Home » Fitch Ratings: Azərbaycanda kredit artımı yaxın dövrdə sabit qalacaq

Fitch Ratings: Azərbaycanda kredit artımı yaxın dövrdə sabit qalacaq

by Zeyneb
0 comments 0 views 1 minutes read

Yaxın perspektivdə Azərbaycanda kredit genişlənməsinin tempinin mülayim səviyyədə qalacağı gözlənilir. Buna səbəb 2024-cü ildən sonra iqtisadi aktivliyin zəifləməsidir.

Bunu Maksim Malyutin, Fitch Ratings beynəlxalq reytinq agentliyinin maliyyə institutları – banklar üzrə kiçik direktoru “Fitch Qafqaz haqqında: suveren sektorun və bank sisteminin 2026-cı il üçün perspektivləri” mövzusunda keçirilən vebinarda bildirib.

Onun sözlərinə görə, ötən il kreditləşmənin artım tempi 2024-cü ildəki təxminən 19 %-dən sonra 10 %-ə qədər zəifləyib. Cari ildə isə Fitch Ratings kredit artımının təxminən 8 % səviyyəsində olacağını proqnozlaşdırır.

“Pərakəndə kreditləşmə korporativ sektor və kiçik və orta biznesə verilən kreditləri üstələməkdə davam edir. Bu, istehlakçı tələbinin dayanıqlı qalmasını və bankların daha yüksək gəlirli məhsullara fokuslanmasını əks etdirir. Korporativ borclanma isə ehtiyatlı olaraq qalır”, – deyə M.Malyutin qeyd edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.