Home » Kriptobirjada əsas aktivlərdə eniş davam edib

Kriptobirjada əsas aktivlərdə eniş davam edib

by yunus
0 comments 0 views 1 minutes read

Kriptovalyuta bazarında əsas aktivlərdə azalma müşahidə olunub.

BBN.az xəbər verir ki, “Bitcoin”in qiyməti son 24 saatda 0,43% azalaraq 89 537,47 ABŞ dollarına enib.

Ethereum isə son sutkada 1,75% ucuzlaşaraq 2 965,62 ABŞ dollarına enib.

Digər əsas kriptovalyutalar arasında BNB 0,14% azalaraq 889,93 dollar, XRP 1,68% enərək 1,91 dollar olub, “Solana”nın qiyməti isə 1,16% geriləyərək 128,61 dollar səviyyəsində formalaşıb.

Stabilkoinlər üzrə isə nisbi sabitlik müşahidə olunub. Tether (USDT) 0,9989 dollar, USDC isə 0,9998 dollar səviyyəsində ticarət olunub.

Eyni zamanda, Dogecoin son 24 saatda 1,16% azalaraq 0,1254 dollar, Cardano isə 0,99% ucuzlaşaraq 0,3624 dollar səviyyəsinə enib.

Sözügedən azalma investorların riskdən yayınma davranışının güclənməsi, son günlər kriptobazarında qeydə alınan mənfəət realizasiyası və qlobal maliyyə bazarlarında qeyri-müəyyənliklərin artması ilə izah olunur.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.