Home » 372 saxta sayt bloklanıb – bank kartları ilə bağlı kiber risklər azalır

372 saxta sayt bloklanıb – bank kartları ilə bağlı kiber risklər azalır

by Zeyneb
0 comments 2 views 1 minutes read

Bank kartlarına qanunsuz müdaxilə və onlayn oğurluq hallarının qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlər müsbət nəticə verir.

BBN.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) ilə Azərbaycan Mərkəzi Bankı arasında qurulmuş əməkdaşlıq çərçivəsində kiber risklər sistemli şəkildə təhlil olunur, bank müştərilərinin məlumatlandırılması istiqamətində ardıcıl tədbirlər görülür.

Ötən il həyata keçirilən tədbirlər nəticəsində onlayn talama məqsədilə istifadə olunan 372 saxta sayt, link və keçid müəyyən edilərək bloklanıb. Bu addım bank kartlarına qanunsuz müdaxilə hallarının azalmasına mühüm təsir göstərib.

Aparılan təhlillərə əsasən, bank kartı istifadəçiləri şübhəli əməliyyatla qarşılaşdıqda vaxtında bankı məlumatlandırdıqları hallarda qabaqlayıcı tədbirlər daha effektiv olur və vəsaitlərin oğurlanmasının qarşısı alınır. Bu zaman müdaxilənin istiqaməti operativ müəyyən edilir və risklər neytrallaşdırılır.

DİN bank kartı istifadəçilərinə tövsiyə edir ki, hər hansı şübhəli əməliyyat, naməlum link və ya saxta internet resursu ilə rastlaşdıqları halda dərhal müştərisi olduqları bank və polis orqanları ilə əlaqə saxlasınlar. Qurum bildirir ki, bu cür hallara həssas yanaşma həm şəxsi maliyyə təhlükəsizliyinin, həm də ümumi kiber təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.