Home » Fişinq təhlükəsi: ETX saxta “cərimə ödənişi” səhifələri ilə bağlı xəbərdarlıq edib

Fişinq təhlükəsi: ETX saxta “cərimə ödənişi” səhifələri ilə bağlı xəbərdarlıq edib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Son dövrlər sosial şəbəkələrdə “cərimələrin ödənilməsi”, “cəriməyə endirim”, “borcun bağlanılması” və oxşar məzmunlarla yayılan bəzi reklam xarakterli internet səhifələrinin fişinq məqsədilə istifadə olunduğu aşkarlanıb.

Bu barədə “APA-Economics”ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) məlumat verilib.

Məlumata görə, aparılan monitorinqlər zamanı ayrı-ayrı saxta internet resurslarının rəsmi dövlət platformalarını təqlid edərək istifadəçilərin bank kartı məlumatlarını və digər fərdi məlumatlarını ələ keçirməyə çalışdığı müəyyən edilib.

ETX vətəndaşlara sosial şəbəkələrdə yayılan şübhəli reklamlara etibar etməməyi, naməlum keçidlər vasitəsilə ödəniş əməliyyatları aparmamağı tövsiyə edib.

Qurum həmçinin kart məlumatlarının, CVV/CVC kodlarının və təsdiq şifrələrinin üçüncü şəxslərlə paylaşılmamasının vacibliyini vurğulayıb. Bildirilib ki, ödənişlər yalnız rəsmi və dövlət informasiya sistemləri üzərindən həyata keçirilməli, daxil olunan internet səhifələrinin domen ünvanları diqqətlə yoxlanılmalıdır.

ETX kiberdələduzluq halları ilə qarşılaşan vətəndaşlara aidiyyəti qurumlara məlumat verməyi tövsiyə edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.