Home » ABA-nın nəzdində fəaliyyət göstərən “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib

ABA-nın nəzdində fəaliyyət göstərən “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib

by Zeyneb
0 comments 5 views 1 minutes read

28 yanvar 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir.

İclas çərçivəsində bank sektorunda risklərin idarə edilməsi sahəsində mövcud prioritetlər və tənzimləyici tələblər ətrafında geniş müzakirələr aparılmışdır. Xüsusilə kredit məlumatlarının Mərkəzləşdirilmiş Kredit Reyestrinə ötürülməsi üzrə icra mexanizmləri, risk insidentlərinin vahid platforma üzərindən idarə olunması, habelə banklarda risklərin ölçülməsi və qiymətləndirilməsi alətlərinin tətbiqi məsələləri diqqət mərkəzində olmuşdur.

Eyni zamanda, maliyyə qurumları ilə dövlət orqanları arasında məlumat mübadiləsinin təkmilləşdirilməsi, stress-test mexanizmlərinin gücləndirilməsi və bu sahədə beynəlxalq təcrübənin tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparılmış, səsləndirilən təkliflər və yanaşmalar üzrə gələcək addımlar müzakirə edilmişdir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.