Home » ABA-nın Komplayens üzrə Ekspert Qrupunun növbəti görüşü keçirilib

ABA-nın Komplayens üzrə Ekspert Qrupunun növbəti görüşü keçirilib

by Zeyneb
0 comments 1 views 1 minutes read

12 iyun 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Komplayens üzrə Ekspert Qrupu”nun növbəti görüşü keçirilib.

Görüşdə MMX-nin nümayəndələri, ABA üzv banklarının komplayens sahəsinə məsul əməkdaşları və ekspertlər iştirak ediblər. Tədbir çərçivəsində maliyyə monitorinqi sahəsində aktual məsələlər, hesabatlılıq prosesləri, eləcə də Şübhəli Əməliyyatların Monitorinqi Sistemi (ŞƏMS) platformasının tətbiqi və istifadəsi ilə bağlı mövcud təcrübələr müzakirə olunub.

İştirakçılar tərəfindən hesabatların hazırlanması və təqdim olunması zamanı qarşıya çıxan məsələlər, sistemin funksionallığının təkmilləşdirilməsi istiqamətində təkliflər, həmçinin gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, sözügedən görüş 3 iyun 2026-cı il tarixində keçirilmiş Komplayens üzrə Ekspert Qrupunun iclasında başlanılmış müzakirələrin davamı olaraq təşkil edilib və sektor üzrə əməkdaşlığın gücləndirilməsi, eləcə də komplayens sahəsində vahid yanaşmaların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.