Home » AMB: 2030-dək çevik və effektiv mikromaliyyə sektorunun formalaşdırılması hədəflənir

AMB: 2030-dək çevik və effektiv mikromaliyyə sektorunun formalaşdırılması hədəflənir

by Zeyneb
0 comments 1 views 1 minutes read

2030-cu ilədək Azərbaycan ​Mərkəzi Bankının (AMB) əsas hədəflərindən biri çevik və effektiv tənzimlənən mikromaliyyə sektorunun formalaşmasıdır.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fuad İsayev Bakıda keçirilən I İnvestor-Mikromaliyyə Forumunda bildirib.

O xatırladıb ki, 2024-cü ilin noyabr ayında qəbul olunmuş “Kredit risklərinin idarə edilməsi qaydası” və “Anderraytinq sahəsindəki tələblər” BOKT-larda risklərin idarə edilməsi mədəniyyətinin formalaşmasına və qabaqcıl təcrübələrin tətbiqinə xidmət edir.

“Bununla yanaşı, 2025-ci ilin may ayında AMB mikromaliyyə modeli üzrə strateji çərçivə qəbul edib: “Müvafiq sənəd “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində qəbul olunub. ​Mikromaliyyə modelinin əsas hədəfləri özünüməşğul əhalinin, eyni zamanda mikro, kiçik və orta sahibkarların maliyyələşdirilməsi, maliyyə inklüzivliyinin genişləndirilməsi, ümumilikdə mikromaliyyə modelinin və bank olmayan kredit təşkilatlarının real sektorun inkişafında rolunun artırılmasıdır”.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.