Home » Ötən il Azərbaycanda avtomobil kreditləri üzrə orta faiz dərəcəsi 13 %-ə yüksəlib

Ötən il Azərbaycanda avtomobil kreditləri üzrə orta faiz dərəcəsi 13 %-ə yüksəlib

by yunus
0 comments 0 views 1 minutes read

2025-ci ilin sonuna Azərbaycanda avtomobil kreditləri üzrə orta faiz dərəcəsi 13 % təşkil edib.

BBN.az Azərbaycan Mərkəzi Bankının məlumatlarına istinadən xəbər verir ki, bu, bir il əvvəlki göstəricidən 3 faiz bəndi yüksəkdir.

Məlumata görə, mənzil təmiri üçün verilən istehlak kreditləri üzrə faiz dərəcəsi 2025-ci ilin sonunda 18 % (2024-cü ilin sonuna olan göstəriciyə nisbətən +2 faiz bəndi) təşkil edib.

Hesabat ili ərzində məişət avadanlıqlarının alınması üçün verilən kreditlərin orta faiz dərəcəsi 1 faiz bəndi artaraq 26 % olub.

Kredit kartları vasitəsilə verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi dəyişməyərək 26 % təşkil edib.

Digər istehlak kreditləri üzrə orta faiz dərəcəsi 2025-ci ilin sonunda 2024-cü ilin dekabr ayı ilə müqayisədə 2 faiz bəndi artaraq 22 % olub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.