Home » Azərbaycan Mərkəzi Bankı: Qlobal iqtisadi müharibənin birbaşa təsiri yoxdur

Azərbaycan Mərkəzi Bankı: Qlobal iqtisadi müharibənin birbaşa təsiri yoxdur

by Zeyneb
0 comments 3 views 1 minutes read

Azərbaycan hökumətinin və siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində ölkə demək olar ki, qlobal iqtisadi müharibədən kənarda qalıb.

BBN.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan iqtisadiyyatına birbaşa təsir müşahidə olunmur:

“Biz birbaşa təsir görmürük. Amma dolayısı təsir – həmin müharibədə iştirak edən ölkələrdə inflyasiyanın artması idxal etdiyimiz malların qiymətlərinə təsir göstərə bilər. AMB olaraq bu məsələləri daim diqqətdə saxlayırıq”, – deyə sədr qeyd edib.

T. Kazımov vurğulayıb ki, inflyasiya ilə mübarizə aparmaq üçün mərkəzi bankların kifayət qədər alətləri mövcuddur. Bununla belə, qlobal ticarətdə baş verən proseslərin Azərbaycanın əsas ticarət tərəfdaşlarında qiymət artımlarına təsir edə biləcəyi istisna edilmir.

AMB sədri bildirib ki, mövcud risklər davamlı şəkildə təhlil olunur və zərurət yarandığı halda müvafiq addımlar atılacaq.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.