Home » “Yığım” brendinin sahibi “Drakaris” MMC cərimələndi – AMB 40 min manatlıq sanksiya tətbiq etdi

“Yığım” brendinin sahibi “Drakaris” MMC cərimələndi – AMB 40 min manatlıq sanksiya tətbiq etdi

by Zeyneb
0 comments 4 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Yığım” brendi ilə fəaliyyət göstərən “Drakaris” MMC barəsində inzibati məsuliyyət tədbiri görülüb.

21.04.2025 – 19.05.2025-ci il tarixlərində Mərkəzi Bank tərəfindən “Drakaris” MMC-də keçirilmiş yerində yoxlamalar zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin bir sıra tələblərinin pozulması halları aşkarlanıb.

Aşkar edilmiş pozuntularla əlaqədar olaraq, şirkət İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.5-ci maddələrinə əsasən hüquqi şəxs qismində 30 000 manat məbləğində cərimə edilib. Təşkilatın vəzifəli şəxsi isə 10 000 manat məbləğində inzibati cəriməyə məruz qalıb.

Bununla yanaşı, AMB tərəfindən “Status Sığorta Brokeri”nə icrası məcburi olan sərəncam verildiyi bildirilib.

Qeyd edək ki, maliyyə sektorunda fəaliyyət göstərən qurumlara nəzarət çərçivəsində qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı yoxlamalar davam etdirilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.