Home » Xaricə səfər edənlərin sığortası üzrə yığımlar 87% artıb

Xaricə səfər edənlərin sığortası üzrə yığımlar 87% artıb

by yunus
0 comments 0 views 1 minutes read

2026-cı ilin ilk yarısında Azərbaycandan xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar nəzərəçarpacaq dərəcədə artıb.

BBN.az Azərbaycan Mərkəzi Bankının məlumatlarına istinadən xəbər verir ki, yanvar-iyun aylarında bu növ sığorta üzrə 4 milyon 306 min manat sığorta haqqı toplanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon manat və ya 87% çoxdur.

Hesabat dövründə xaricə səfər edən vətəndaşlara bu sığorta növü üzrə 511 min manat sığorta ödənişi həyata keçirilib. Ödənişlərin həcmi illik müqayisədə 245 min manat və ya 1,9 dəfə artıb.

Müqayisə üçün, 2025-ci ilin ilk 6 ayında xaricə səfər edənlərin sığortası üzrə 2,3 milyon manat sığorta haqqı toplanmış, 266 min manat isə sığorta ödənişi həyata keçirilmişdi.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.