Home » Qızıl üçün şok proqnoz: Wells Fargo 2026 hədəfini kəskin artırdı – 6 300 dollar gündəmdə!

Qızıl üçün şok proqnoz: Wells Fargo 2026 hədəfini kəskin artırdı – 6 300 dollar gündəmdə!

by Zeyneb
0 comments 0 views 1 minutes read

BBN.az xəbər verir ki, qlobal maliyyə nəhəngi Wells Fargo Investment Institute qızıl üzrə 2026-cı ilin sonu üçün qiymət proqnozunu ciddi şəkildə yeniləyib. Bank qızılın bir unsiyasının qiymətini 6 100 – 6 300 ABŞ dolları aralığında görür. Bu isə əvvəlki 4 500 – 4 700 dollar hədəfi ilə müqayisədə təxminən 35%-lik artım deməkdir.

Hazırda qızılın spot qiyməti təxminən 4 961 dollar səviyyəsindədir. Yeni proqnozlar reallaşacağı təqdirdə, bu, bazar üçün 23–27% potensial artım anlamına gəlir.

Texnologiya və AI səhmlərində təlatümün yaşanması da, qızılı ön plana çıxıarır. Son günlər texnologiya və süni intellekt sektorunda yaşanan kəskin satış dalğası investorların risk iştahasını xeyli azaldıb. Məlumata görə, proqram təminatı və xidmətlər sektorunda 1 trilyon dollara yaxın bazar dəyəri silinib. Bəzi indekslər isə bir neçə gün ərzində 15%-dən çox dəyər itirib. Xüsusilə, Amazon kimi AI liderlərinin 2026-cı ilə qədər 200 milyard dollara yaxın kapital xərcləri planlaşdırması səhmlərə əlavə təzyiq yaradıb. Bu fondda investorlar süni intellektin uzunmüddətli gəlirliliyini daha çox sual altına almağa başlayıb.

Ray Dalio: “Qızıldakı geri çəkilmə məni narahat etmir”

Bridgewater fondunun qurucusu, milyarder investor Ray Dalio Dubayda keçirilən Dünya Hökumət Sammitində qızıl qiymətlərindəki son geri çəkilmələri əhəmiyyətsiz adlandırıb və qızılın uzunmüddətli qoruyucu aktiv rolunu vurğulayıb. Bu arada Mərkəzi bankların manevrləri də maraq doğurur. Requlyatorlar qızıl alır, faiz endirimləri gözlənilir. Analitiklərin fikrincə, qızılın bahalaşmasının əsas səbəblərindən biri mərkəzi bankların struktur alıcı kimi bazarda qalması, eləcə də geosiyasi və monetar qeyri-müəyyənliklərdir. Bundan əlavə, 2026-cı ildə mümkün faiz endirimləri qızıl kimi gəlir gətirməyən aktivlərin cəlbediciliyini artırır.

Aparıcı bankların qızıl üzrə 2026 proqnozları:

  • J.P. Morgan: 6 300 $
  • UBS: 6 200 $
  • Deutsche Bank: 6 000 $
  • Goldman Sachs: 5 400 $
  • Macquarie: 4 323 $

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.