1

Bu ilin yanvar ayında Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 64,1 milyon manat təşkil edib.
BBN.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ödənişli xidmətlərdən daxilolmalar proqnozla müqayisədə 26,9 % az icra olunub.
Bundan əlavə, ay ərzində büdcəyə sair daxilolmalar 31 milyon manat təşkil edib ki, bu da proqnozdan 11,2 % çoxdur.





