
Bu ilin yanvar ayında Azərbaycan Gürcüstandan 9,236 milyon ABŞ dolları dəyərində yerli istehsal malları idxal edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 % azdır.
Gürcüstanın Milli Statistika İdarəsinin verdiyi məlumata görə, Azərbaycana tədarük qonşu ölkənin yerli məhsul ixracının 3 %-ni təşkil edib.
Hesabat dövründə Gürcüstan ümumilikdə 312,814 milyon ABŞ dolları dəyərində yerli istehsal malı ixrac edib ki, bu da bir il əvvələ nisbətən 68,1 % çoxdur.
Gürcüstanın yerli məhsulların ixracında əsas tərəfdaşları Çin (64,188 milyon ABŞ dolları; 3,9 dəfə çox), Türkiyə (49,278 milyon ABŞ dolları; 2,4 dəfə çox), Rusiya (34,797 milyon ABŞ dolları; 9,7 % çox), Malta (16,263 milyon ABŞ dolları; 100 % çox) və Bolqarıstan (15,881 milyon ABŞ dolları; 39,9 % çox) olub.





