Home » Azərbaycanda faizsiz kredit verən banklar yaradılacaq – YENİLİK

Azərbaycanda faizsiz kredit verən banklar yaradılacaq – YENİLİK

by yunus
0 comments 0 views 1 minutes read

Azərbaycanda İslam bankçılığı sistemi 2026-cı ildən maliyyə sektorunda yenidən tətbiq olunmağa başlanıb. Hazırda iki bankda – Azərbaycan Beynəlxalq Bankı və Rabitəbankda İslam bankçılığı guşəsi var. Bu istiqamətdə hüquqi və tənzimləyici bazanın formalaşdırılması üçün işlər davam edir.

Məqsəd ənənəvi banklar vasitəsilə “İslam pəncərəsi” modeli çərçivəsində şəriətə uyğun maliyyə məhsullarını təqdim etməklə bazarda tələbatı müəyyənləşdirmək və daha geniş həcmdə tətbiq üçün zəmin yaratmaqdır.

BBN.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı Modern.azın sorğusuna cavabında bildirib ki, ölkədə İslam bankçılığının tətbiqi məqsədilə Mülki Məcəlləyə, Vergi Məcəlləsinə, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”,  “Dövlət rüsumu haqqında”, “Kredit Büroları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunlarına dəyişikliklər layihəsi hazırlanmış və aidiyyəti dövlət qurumlarına təqdim edilmişdir:

“İslam bankçılığının təşkili prosesində beynəlxalq təcrübəyə əsaslanma əsas prioritetlərdəndir. Belə ki, İslam bankçılığının həyata keçirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanarkən Türkiyə, Pakistan, Malayziya, Qazaxıstan və Qırğızıstan kimi ölkələrin təcrübəsi və beynəlxalq standartlar təhlil edilmiş və nəzərə alınmışdır. Tətbiq ediləcək İslam bankçılığı fəaliyyətinin İslam bankçılığının fundamental prinsiplərinə uyğunluğunun təmin edilməsi nəzərə alınmışdır.

Dəyişikliklər layihəsi beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış və yerli qanunvericiliyə uyğunlaşdırılmışdır. Məqsəd beynəlxalq standartları yerli hüquqi mühitlə uzlaşdırılmış və dayanıqlı şəkildə tətbiq etməkdir.

Layihənin hazırlanması prosesində müvafiq ölkələrin İslam bankçılığı sahəsində tənzimləyici və nəzarət orqanları ilə təcrübə mübadiləsi və qabaqcıl praktikanın öyrənilməsi məqsədilə görüşlər keçirilmişdir. Qanunvericiliyə dəyişikliklər layihəsi isə Mərkəzi Bank tərəfindən hazırlanmışdır.

Yaxın perspektivdə İslam bankçılığının tətbiqi “İslam pəncərələri” modeli çərçivəsində nəzərdə tutulur. İslam banklarının yaradılması məsələsinə isə növbəti mərhələdə, ölkədə İslam maliyyə məhsullarının tətbiqinin praktiki nəticələri və bazarın inkişaf dinamikası nəzərə alınaraq baxıla bilər”.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.