Home » Azərbaycan Banklar Assosiasiyasının Ümumi Yığıncağı keçirilib

Azərbaycan Banklar Assosiasiyasının Ümumi Yığıncağı keçirilib

by Zeyneb
0 comments 2 views 1 minutes read

20 fevral 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağı keçirilmişdir. Yığıncağı giriş sözü ilə açan ABA-nın prezidenti Zakir Nuriyev iclasın gündəliyində olan məsələlər barədə məlumat verib.

İclasın gündəliyinə ABA-nın və onun törəmə qurumlarının 2025-ci il üzrə fəaliyyətinə dair ümumi və maliyyə hesabatının, 2026-cı il üzrə iş planının təsdiqi, həmçinin ekspert qruplarının fəaliyyəti kimi cari məsələlər daxil edilmişdir.

İclasda yuxarıda qeyd edilən məsələlər ətrafında müzakirələr aparılmış və müvafiq qərarlar alınmışdır.

Qeyd edək ki, ABA 1990-cı ildə təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 28 təşkilat ABA-nın üzvüdür.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.