Home » Böyük Britaniyaya viza almaq daha asan olacaq

Böyük Britaniyaya viza almaq daha asan olacaq

by yunus
0 comments 7 views 1 minutes read

Böyük Britaniyanın viza sistemində mühüm dəyişiklik başlayır.

BBN.az xəbər verir ki, Böyük Britaniya Vizaları və İmmiqrasiya Xidməti elektron vizaların mərhələli tətbiqinə start verdiyini açıqlayıb.

Bildirilir ki, Böyük Britaniya vizası üçün müraciət edən şəxslər 25 fevral 2026-cı ildən etibarən bu rəqəmsal sistemdən yararlana biləcəklər.

Yeni elektron viza (eVisa) sistemi pasportlarda yerləşdirilən ənənəvi vizanı  əvəz edəcək. Bununla da müraciət edən şəxslərin viza prosesində pasportlarını uzun müddətlik təhvil verməsinə ehtiyac qalmayacaq.

Yeni qaydalara əsasən, müraciət edənlər şəxsiyyətlərini təsdiqləmək və tələb olunan sənədləri təqdim etmək üçün viza müraciəti mərkəzinə yalnız bir dəfə getməli olacaqlar. Bu isə beynəlxalq səfər planlaşdıranlar üçün prosesi daha rahat və çevik edəcək.

Rəsmilərin məlumatına görə, artıq 10 milyondan çox insan biometrik yaşayış icazələri və pasportlardakı vizanı əvəz edən elektron vizalardan istifadə edir. Bildirilir ki, sistemin tətbiqi son mərhələdədir və yaxın zamanda elektron vizalar Böyük Britaniyaya immiqrasiya üçün əsas status sənədinə çevriləcək.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.