1

2018–2025-ci illərdə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən biznes kreditlərinə hesablanmış faizlər üzrə ümumilikdə 59,7 milyon manat subsidiya ödənilib.
Bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatında qeyd olunub.
Sənədə əsasən, subsidiya sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması və kredit ödəniş yükünün azaldılması məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçirilib.
Bildirilib ki, ödənilmiş subsidiyanın 12,3 milyon manatı 2025-ci ilin payına düşüb.




