Home » İpoteka və Kredit Zəmanət Fondu ötən il 40,4 mln. manatlıq kreditə zəmanət verib

İpoteka və Kredit Zəmanət Fondu ötən il 40,4 mln. manatlıq kreditə zəmanət verib

by Zeyneb
0 comments 2 views 0 minutes read

2025-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə 347 sayda 40,4 milyon manat məbləğində kredit rəsmiləşdirilib.

Bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatında qeyd olunub.

Sənədə əsasən, bu göstərici 2024-cü illə müqayisədə kreditlərin sayına görə 26,2 %, məbləğinə görə isə 42,8 % çoxdur.

Beləliklə, 2026-cı il yanvarın 1-nə qədər Fond ümumilikdə 1 490 sayda 139,9 milyon manat məbləğində ipoteka kreditlərinə zəmanət verib.

Qeyd edək ki, Azərbaycanda uzunmüddətli ipoteka kreditləşməsi 2006-cı ildən həyata keçirilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.