Home » Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir

Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir

by Zeyneb
0 comments 1 views 1 minutes read

Yelo Bank ödəniş kartları üzrə əməliyyatların informasiya təhlükəsizliyini təmin etmək və mövcud tənzimləyici tələblərin icrasını reallaşdırmaq məqsədilə açıq tender elan edir. Tenderin predmeti Kart Məlumatları Mühiti (Cardholder Data Environment – CDE) və əlaqəli ödəniş infrastrukturu üzrə illik müstəqil uyğunluq qiymətləndirilməsinin (PCI DSS) aparılmasıdır.

Bank bu sahədə ixtisaslaşmış və müvafiq təcrübəyə malik şirkətləri əməkdaşlığa dəvət edir. Tenderdə iştirak edəcək namizəd şirkətlər üçün əsas tələblər aşağıdakılardır:

– PCI DSS üzrə audit aparmaq üçün rəsmi akkreditasiyaya (QSA statusu) malik olmaq;
– Bank və ya fintech sektorunda uğurlu praktiki audit təcrübəsi;
– Layihəni icra edəcək sertifikatlı mütəxəssislərdən ibarət peşəkar komanda;
– Təklif edilən metodologiyanın beynəlxalq standartlara tam uyğunluğu;
– Audit nəticələrinin tənzimləyici qurumlara rəsmi təqdimat üçün yararlı formatda hazırlanması.

Maraqlı tərəflər tender təkliflərini 21 aprel 2026-cı il, saat 17:00-dək (Bakı vaxtı ilə) təqdim etməlidirlər.

Tender şərtləri və müraciət qaydaları ilə bağlı daha ətraflı məlumatla linkə keçid edərək tanış ola bilərsiniz: https://ylb.az/419LmLD.

Bankdan tecili kredit əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 

 

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.