
Avropa İttifaqı (Aİ) payız aylarında Rusiyaya qarşı münaqişənin başlanmasından bəri ən genişmiqyaslı sanksiya paketlərindən birini təqdim etməyə hazırlaşır.
BBN.az xəbər verir ki, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallasın sözlərinə görə, yeni məhdudiyyətlər çərçivəsində sanksiyaya məruz qalan Rusiya şirkət və təşkilatlarının sayının təxminən üçdə bir artırılması planlaşdırılır.
Kallas bildirib ki, hazırkı sanksiyalar Rusiya iqtisadiyyatına artıq ciddi təsir göstərib. Bununla belə, Brüssel Ukraynadakı münaqişə başa çatanadək Moskva üzərində iqtisadi və siyasi təzyiqin davam etdirilməsini vacib hesab edir.
Yeni sanksiya paketinin konkret istiqamətləri hələ açıqlanmayıb. İyul ayında qəbul edilən əvvəlki paket Rusiya bank sektoruna və kriptovalyuta əməliyyatlarına qarşı əlavə məhdudiyyətləri də əhatə edib.
Yeni məhdudiyyətlərin payız aylarında təqdim olunacağı gözlənilir.





