Home » Azərbaycan Mərkəzi Bankı: Bank sektorunun aktivləri 57,1 milyard manatı ötüb

Azərbaycan Mərkəzi Bankı: Bank sektorunun aktivləri 57,1 milyard manatı ötüb

by Zeyneb
0 comments 0 views 1 minutes read

Bu il aprelin 1-nə Azərbaycanın bank sektorunun aktivləri 57 milyard 132,8 milyon manat təşkil edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,7% çoxdur.

Bankların aktivlərinin 28 milyard 305,1 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 8,8% artıb, kreditlərin aktivlərdəki payı isə 48,6%-dən 49,5%-ə yüksəlib.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 6,1% artaraq 49 milyard 617,4 milyon manata çatıb. Bununla yanaşı, depozit portfeli 1,4% azalaraq 37 milyard 290,6 milyon manat təşkil edib. Depozitlərin 16 milyard 865,3 milyon manatı fiziki şəxslərin, 20 milyard 425,4 milyon manatı isə hüquqi şəxslərin payına düşür. İl ərzində əhalinin banklardakı vəsaitləri 29,9% artdığı halda, şirkətlərin depozitləri 12,4% azalıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri 100% artaraq 0,4 milyon manata yüksəlib.

Sektorun balans kapitalı isə illik müqayisədə 10,3% artaraq 7 milyard 515,4 milyon manat olub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.