
Bu ilin fevral ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 120,5 milyon manat vəsait daxil olub.
BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən “APA-Economics”in apardığı hesablamalarda qeyd olunub.
Məlumata görə, banklardan xaricə göndərilən vəsaitin həcmi isə 38,9 milyon manat təşkil edib.
Əvvəlki ilin müvafiq ayı ilə müqayisədə sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 7,8% və ya 8,7 milyon manat artıb. Eyni zamanda, banklardan xaricə köçürmələr də 4,9% və ya 1,8 milyon manat artım göstərib.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda sürətli pul köçürmə sistemləri vasitəsilə banklara ümumilikdə 1 milyard 758,8 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 490,4 milyon manat təşkil edib.




