Home » AİB: Azərbaycanın cari əməliyyatlar hesabında profisit azalacaq

AİB: Azərbaycanın cari əməliyyatlar hesabında profisit azalacaq

by Zeyneb
0 comments 2 views 1 minutes read

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabı üzrə proqnozlarını açıqlayıb.

BBN.az xəbər verir ki, Bankın “Asiyanın İnkişaf Perspektivləri” adlı aprel icmalına əsasən, 2026-cı ildə cari əməliyyatlar hesabının profisitinin ÜDM-in 5,3%-i səviyyəsində olacağı gözlənilir. Bu artım əsasən neft qiymətlərinin yüksəlməsi ilə izah olunur.

Hesabata görə, 2027-ci ildə isə ixrac gəlirlərinin azalması fonunda profisitin ÜDM-in 3,5%-dək enəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, 2025-ci ilin yekunlarına əsasən, Azərbaycanın cari əməliyyatlar hesabı 3,475 milyard ABŞ dolları profisitlə bağlanıb ki, bu da ÜDM-in 4,6%-nə bərabərdir.

Eyni zamanda, beynəlxalq maliyyə institutlarının proqnozlarında fərqli yanaşmalar müşahidə olunur. Belə ki, ING Group Azərbaycanın cari hesab profisitini 2026-cı ildə ÜDM-in 6,5%-i, 2027-ci ildə isə 1,7%-i səviyyəsində qiymətləndirir.

Bundan əlavə, Moody’s beynəlxalq reytinq agentliyi cari hesabın profisitinin 2026-cı ildə ÜDM-in 5%-i, 2027-ci ildə isə 5,2%-i olacağını proqnozlaşdırır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.