
8 aprel 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti Yaponiyanın aparıcı fintex şirkətlərindən biri olan “Money Forward, Inc.” ilə işgüzar görüş keçirib.
Görüşdə ABA-nı İcraçı direktor Yunus Abdulov, Azərbaycan Respublikasının Mərkəzi Bankının, ölkənin aparıcı banklarının və Azərbaycan Kredit Bürosunun nümayəndələri təmsil ediblər.
“Money Forward, Inc.” tərəfindən görüşdə şirkətin İcraçı direktoru və Group CoPA bölməsinin nümayəndəsi Toshio Taki, həmçinin İctimai Əlaqələr Ofisinin nümayəndəsi Akimichi Hirose iştirak ediblər.
Görüş çərçivəsində tərəflər rəqəmsal bankçılığın inkişafı, fintex ekosistemi, maliyyə məlumatlarının aqreqasiyası, açıq bankçılıq imkanları, KOB-lar üçün rəqəmsal xidmətlər, eləcə də süni intellekt texnologiyalarının tətbiqi kimi istiqamətlər üzrə fikir mübadiləsi aparıblar.





